Finss.az - Prezident İlham Əliyevin imzaladığı Fərmana əsasən, 2024-cü il iyulun 1-dən etibarən Azərbaycanda sosial müavinətlərin, Prezident təqaüdlərinin və fəxri adlara görə təqaüdlərin məbləğləri artırılıb.
Müavinətlərin yeni məbləğləri aşağıdakı kimi müəyyən edilib:
Əlilliyə görə müavinətlər:
-
81–100% funksional pozuntuya görə – 300 manat
-
61–80% funksional pozuntuya görə – 250 manat
-
31–60% funksional pozuntuya görə – 180 manat
Digər sosial müavinətlər:
-
Ailə başçısını itirməyə görə – 140 manat
-
Müddətli hərbi qulluqçuların uşaqlarına – 140 manat
-
Valideynsiz və himayəsiz uşaqların qəyyumlarına – 140 manat
-
Aztəminatlı ailələrin bir yaşınadək uşaqlarına – 140 manat (hər uşaq üçün)
-
Beş və daha çox uşağı olan qadınlara – 140 manat (hər uşaq üçün)
-
Övladlığa götürülən uşağa – 240 manat
Himayədar ailədəki əlilliyi müəyyən edilmiş uşaqların tərbiyəsinə görə:
-
0–6 yaş: 500 manat
-
7–13 yaş: 600 manat
-
14–18 yaş: 650 manat
Digər müavinətlər:
-
Uşağın anadan olmasına görə – 600 manat
-
Dəfn üçün – 600 manat
Bu dəyişikliklər əhalinin sosial rifahının yaxşılaşdırılmasına yönəlib və 1 iyul 2024-cü ildən qüvvəyə minir.