SOSİUM

19 İyun

Bakı-Ağstafa-Bakı marşrutunda əlavə qatar reysləri təşkil edilir

Finss.az - Artan sərnişin tələbatını ödəmək məqsədilə “Azərbaycan Dəmir Yolları” QSC 22 iyun tarixindən Bakı-Ağstafa-Bakı marşrutuna əlavə qatar reysləri təyin edib.

Sərnişinlər hərəkət cədvəli və biletlər barədə məlumatı dəmiryol vağzallarının kassalarından, www.ady.az saytından, “ADY Mobile” tətbiqindən və 7/24 fəaliyyət göstərən 1822 Əlaqə Mərkəzindən əldə edə bilərlər.