Finss.az — İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti bildirir ki, 2025-ci il yanvarın 1-dən qüvvəyə minən dəyişikliklərə əsasən, torpaqların icarəyə verilməsi əməliyyatı Əlavə Dəyər Vergisinə (ƏDV) cəlb olunmur.
Məsələn, “X Agro” MMC kimi ƏDV qeydiyyatında olan hüquqi şəxslərin mülkiyyətində olan torpaq sahələrinin digər vergi ödəyicilərinə icarəyə verilməsi zamanı bu əməliyyat artıq ƏDV-nin vergitutma obyekti sayılmır.
Vergi Məcəlləsinin 159.1-ci maddəsinə əsasən, malların təqdim olunması, işlərin görülməsi və xidmətlərin göstərilməsi ƏDV-nin vergitutma obyektidir. Lakin 2025-ci il yanvarın 1-dən Vergi Məcəlləsinin 13.2.11-ci maddəsində edilmiş dəyişikliyə uyğun olaraq, torpaqdan istifadə hüququnun başqasına verilməsi və torpağın icarəyə verilməsi xidmət (iş) anlayışından çıxarılıb.
Bu dəyişiklik vergi ödəyicilərinə torpaq icarəsi sahəsində daha əlverişli şərait yaradacaq və icarə əməliyyatlarının sadələşdirilməsinə xidmət edir.
Əsas hüquqi baza: Vergi Məcəlləsinin 13.2.11-ci və 159.1-ci maddələri.
© vergiler.az