SOSİUM

02 İyun

Proaktiv qaydada sosial müavinət və təqaüd təyin olunması sürətlənib -DSMF

Bu ilin yanvar-aprel ayları ərzində 53 450-dən çox proaktiv qaydada sosial müavinət (aylıq və birdəfəlik) və təqaüd təyin olunub.

Finss.az xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondu (DSMF) məlumat yayıb.

Bildirilib ki, onların 53,14%-ni kişilər, 46,86%-ni isə qadınlar təşkil edib.

Qeyd edək ki, 2024-cü ilin yanvar-dekabr ayları ərzində 151 mindən çox proaktiv qaydada sosial müavinət (aylıq və birdəfəlik) və təqaüd təyin olunub. Onların 52,7%-ni kişilər, 47,3%-ni isə qadınlar təşkil edib", - məlumatda qeyd edilib.

Fuad Mədətov
Finss.az