Finss.az - 2025-ci ilin yanvar-mart aylarında ölkədə iqtisadi fəal əhalinin sayı 5,3 milyon nəfərə çatıb.
Dövlət Statistika Komitəsinin məlumatına görə, onlardan 5 milyona yaxın nəfəri məşğul sayılır. Muzdla çalışan işçilərin sayı 1,77 milyon nəfər təşkil edib ki, bunun da təxminən yarısı dövlət sektorunda fəaliyyət göstərir.