SOSİUM

16 May

Ödənişli xidmətlərin dəyəri 9,6% artdı

Finss.az - 2025-ci ilin yanvar-aprel aylarında Azərbaycanda əhaliyə göstərilən ödənişli xidmətlərin ümumi dəyəri 4 502,3 milyon manat olub.

Bu, 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 9,6 faiz artım deməkdir.

Dövlət Statistika Komitəsinin məlumatına görə, hüquqi şəxslər tərəfindən göstərilən xidmətlərin dəyəri 3 414,1 milyon manat təşkil edib və bu, ümumi xidmətlərin 75,8 faizini əhatə edir.

Cari ilin ilk dörd ayında hər bir ölkə sakini orta hesabla 440,1 manatlıq müxtəlif ödənişli xidmətlərdən istifadə edib ki, bu da keçən ilin eyni dövrü ilə müqayisədə nominal ifadədə 65,7 manat çoxdur.