SOSİUM

15 May

Neft-Qaz sektorunda işçi sayı azalıb

Finss.az - Yanvar-aprel aylarında Azərbaycan iqtisadiyyatının neft-qaz sektorunda 31,5 min nəfər çalışıb.

Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 0,32 faiz azdır.

Dövlət Statistika Komitəsinin məlumatına görə, həmin dövrdə neft-qaz sektorunda orta aylıq nominal əməkhaqqı 4171,8 manat təşkil edib.

Eyni zamanda, dövlət müəssisələrində çalışan işçilərin orta aylıq əməkhaqqı 1053,1 manat, özəl müəssisələrdə isə 1115,6 manat olub.