2025-ci ilin aprel ayında Bakı şəhərinin təkrar mənzil bazarında orta satış qiymətində cüzi artım müşahidə olunub.
Bu barədə Finss.az-a Azərbaycan Qiymətləndiricilər Palatasından məlumat verilib.
Məlumata görə, son bir ay ərzində (mart 2025 – aprel 2025) 1%-lik artım qeydə alınıb. Bu artım, əsasən kvadratmetr qiymətlərinin yüksəlməsi ilə paralel baş verib, çünki mənzillərin orta sahəsində əhəmiyyətli dəyişikliklər olmamışdır. Yəni, bazara daxil olan mənzillərin ölçü paylanışı stabil qalıb.
İllik müqayisədə isə (aprel 2024 – aprel 2025) orta mənzil qiymətində daha əhəmiyyətli bir artım müşahidə olunub. Təklif olunan məlumatlara əsasən, bu dövr ərzində qiymətlər təxminən 10-15% bahalaşıb. Bu artım, xüsusilə kvadratmetr qiymətlərinin yüksəlməsi ilə əlaqədardır.
Fuad Mədətov
Finss.az