SOSİUM

24 Aprel

“Azexport” portalı tələbələrlə görüş keçirəcək

Finss.az - İİTKM-in operatoru olduğu “Azexport” portalının əməkdaşları Azərbaycan Texniki Universitetinin tələbələri ilə görüşəcək. Görüş zamanı portalın təqdim etdiyi xidmətlər, həmçinin beynəlxalq elektron ticarət platformalarının iş prinsipi haqqında məlumat veriləcək.

Tədbirin keçirilməsində məqsəd tələbələrə “Azexport” portalının iqtisadiyyata töhfəsi və beynəlxalq elektron ticarət platformaları” mövzusunda ətraflı məlumat təqdim etmək, “Amazon”, “Ebay” və digər platformalarda rəqəmsal ticarət və beynəlxalq bazarlara çıxış yolları barədə maarifləndirici müzakirələr aparmaqdır.

Tədbir 30 aprel 2025-ci il tarixində Azərbaycan Texniki Universitetinin böyük akt zalında keçiriləcək.

Qeydiyyat linki:

//docs.google.com/forms/d/e/1FAIpQLSepdha9toD0G30j2IBdUKkifZD7hh3xLu1hfPQgWYdY8lrLZw/viewform

Zemfira Ms
Finss.az