SOSİUM

06 Fevral

DVX rəhbər heyəti üçün effektiv ünsiyyət və liderlik bacarıqları üzərində təlim təşkil edilib

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində (DVX) çalışan əməkdaşların bilik və bacarıqlarının təkmilləşdirilməsi, peşəkarlığının artırılması, yumşaq bacarıqlarının inkişafı üçün müxtəlif layihələr və proqramlar həyata keçirilir.

Fins.az xəbər verir ki, bu istiqamətdə Dövlət Vergi Xidmətinin rəhbər vəzifəli şəxsləri üçün “İşgüzar etika” təlimi təşkil edilib. Təlim zamanı iştirakçılar iş mühitində etik prinsiplərin və korporativ mədəniyyətin formalaşması, işgüzar ünsiyyət üçün əhəmiyyətli olan səriştələr barədə məlumatlandırılıblar. Təlim çərçivəsində işgüzar münasibətlərdə səmərəli davranış standartları, effektiv kommunikasiya prinsipləri və etik qaydalara uyğun liderlik bacarıqlarının inkişafı ilə bağlı biliklərin mənimsənilməsi diqqətdə saxlanılıb.

İki gün davam edən təlimdə iştirakçıları maraqlandıran suallar cavablandırılıb və nümunəvi təcrübələr təqdim edilib.