SOSİUM

05 Fevral

Alimlər liposaksiya ilə xərçəngə qalib gəlməyi düşünür

Fins.az - San-Fransisko Kaliforniya Universitetinin tədqiqatçıları, xərçəng şişlərinin böyüməsini ləngitmək üçün yeni bir müalicə üsulu inkişaf etdiriblər.

Tədqiqatın nəticələri Nature Biotechnology jurnalında dərc olunub.

Alimlər plastik cərrahiyyə üsullarına, xüsusən də liposaksiyaya əsaslanaraq, CRISPR genom redaktəsi texnologiyasından istifadə edərək piy hüceyrələrini dəyişdiriblər. Bu hüceyrələr şişlərin böyüməsi üçün lazım olan qida maddələrini udur və bununla da şişlərin inkişafını ləngidir.

Təcrübələr göstərib ki, dəyişdirilmiş hüceyrələr xəstələrin bədəninə şişlərin yaxınlığına yerləşdirildikdə, şişin böyüməsi əhəmiyyətli dərəcədə ləngiyir. Tədqiqatın rəhbəri Nadav Ahituv bildirib ki, bu metod, yağ hüceyrələrinin asanlıqla çıxarıla, dəyişdirilə və yenidən tətbiq oluna bilməsi səbəbindən hüceyrə terapiyası üçün əlverişlidir.

Yeni müalicə döş, mədəaltı vəzi və prostat vəzinin xərçəngləri kimi müxtəlif növ xərçənglərdə effektiv olduğu göstərilib. Bununla yanaşı, bu yanaşmanın, beynin qlioblastoması kimi aqressiv və müalicəsi çətin olan xərçəng formaları ilə mübarizədə istifadə potensialı da var.

Zemfira Ms
Fins.az