Finss.az - Elm adamları ilk dəfə insan beyin toxumasında mikroplastik hissəciklərin mövcudluğunu müəyyən ediblər.
Bu kəşf plastikin insan sağlamlığına təsiri ilə bağlı narahatlıqları artırıb.
Tədqiqat nəticəsində onlarla insanın beyin toxuması nümunəsində mikroplastik tapılıb. Aşkarlanan hissəciklərin hər nümunədə bir çay qaşığı qədər olması qeyd edilib.
Mikroplastiklər əvvəllər hava, su və qida vasitəsilə müəyyən edilsə də, onların beyində mövcudluğu alimləri təəccübləndirib. Mütəxəssislər mikroplastiklərin tənəffüs yolları və mədə-bağırsaq sistemi vasitəsilə qan dövranına keçərək beyinə çatdığını bildirirlər.
Alimlər bu hissəciklərin idrak funksiyalarına və neyrodegenerativ xəstəliklərə təsirlərinin hələ tam öyrənilmədiyini vurğulayırlar. ÜST də plastik çirklənmənin sağlamlığa təsirlərinin araşdırılmasına çağırış edib.
Zemfira Ms
Finss.az