SOSİUM

05 Fevral

Saray körpüsünün tikintisi mayda tamamlanacaq

Finss.az  - Sumqayıt şəhəri ilə Abşeron rayonunun Saray qəsəbəsini birləşdirən Məhəmməd Əsədov küçəsində dəmiryol xətti və Samur-Abşeron kanalı üzərində yeni körpünün tikintisi davam edir.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin nümayəndəsi Anar Nəcəfli bildirib ki, hazırda betonlama işləri aparılır. Əraziyə lazımi texnika və canlı qüvvə cəlb edilib. Hava şəraiti imkan verərsə, körpü may ayında istifadəyə veriləcək.

Qeyd edək ki, 1970-ci ildə tikilmiş və qəzalı vəziyyətdə olan əvvəlki körpü ötən ilin dekabrında sökülüb. Layihənin ümumi dəyəri 9 milyon 960 min manatdır.

Zemfira Ms
Finss.az