SOSİUM

07 Yanvar

Regionlarda sosial mənzil təhvilinə hazırlıq işləri başlayıb

Fins.az - Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Sosial Xidmətlər Agentliyi şəhid ailələri və əlilliyi müəyyən edilmiş şəxslərin mənzil təminatı ilə bağlı hazırlıq işlərinə başlayıb.

Bu çərçivədə Neftçalada 20 üçotaqlı, Saatlıda 27 ikiotaqlı və 18 üçotaqlı, Salyanda isə 44 üçotaqlı mənzilin təhvil verilməsi planlaşdırılır. Layihənin ümumi dəyərinin 10,5 milyon manat olacağı gözlənilir.