SOSİUM

30 Mart

Ailə başçısını itirməyə görə pensiya və müavinət alanların sayı artıb

2025-ci ilin fevral ayında ailə başçısını itirməyə görə 196 346 nəfərə pensiya və müavinət ödənilib.

Finss.az xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondu məlumat yayıb.

Bildirilib ki, onlardan 139 321 nəfəri pensiya, 57 025 nəfəri isə müavinət alıb.

Qeyd edək ki, 2024-cü ilin yanvar ayında ailə başçısını itirməyə görə 192 mindən çox şəxsə pensiya və müavinət ödənilib.