Dövlət Sosial Müdafiə Fondunun fəaliyyət istiqamətləri üzrə sosial şəbəkələr vasitəsilə 2024-cü ilin yanvar-dekabr ayları ərzində 31 677 vətəndaş müraciəti cavablandırılıb.
Fins.az xəbər verir ki, bu barədə Fond məlumat yayıb.
Bildirilib ki, müraciətlərin 12 788-i ünvanlı dövlət sosial yardımı, 7 725-i pensiya təyinatı, 6 965-i sosial müavinət və təqaüd, 320-si sosial sığorta və fərdi uçot, 3 879-u isə digər istiqamətlər üzrə olub.