SOSİUM

24 Mart

Peşə təhsilində dövlət sifarişli yerlərin sayı 64% artıb

Son 4 ildə peşə təhsili müəssisələrinə dövlət sifarişli yerlərin sayı 64%, qəbul sayı isə 60% artıb.

Finss.az xəbər verir ki, bu barədə məlumat Milli Məclisin martın 14-də keçirilən plenar iclasında müzakirə edilən Nazirlər Kabinetinin 2024-cü ildə fəaliyyəti haqqında hesabatda öz əksini tapıb.

Bildirilib ki, 2024/2025-ci tədris ili üzrə peşə təhsili müəssisələrinə tələbə qəbulu 3 mərhələdə, 84 peşə təhsili müəssisəsinə 66 ixtisas qrupu, 136 ixtisas olmaqla 31 min plan yeri üzrə aparılıb, bu yerlərdən 23,2 mini dövlət sifarişli, 7,8 mini isə ödənişli olub.

“ İlk dəfə olaraq Naxçıvan Muxtar Respublikasında da tələbə qəbulu elektron şəkildə həyata keçirilib. Faktiki olaraq 21,2 min nəfər (85%) dövlət hesabına, 3,6 min nəfər (15%) isə ödənişli əsaslarla olmaqla, 24,8 min nəfər peşə təhsili müəssisələrinə qəbul olub. 1,9 min nəfər ilk peşə, 20,5 min nəfər texniki peşə, 19 ixtisas üzrə 2,4 min nəfər isə yüksək texniki peşə təhsili səviyyəsi üzrə tələbə adını qazanmış, bu tələbələrin 8,9 min nəfərini (36%) qadınlar təşkil edib. Son 4 ildə dövlət sifarişli yerlərin sayı 64%, qəbul sayı isə 60% artıb. 2024-cü ildə yüksək texniki peşə təhsili səviyyəsindən məzun olan 281 nəfərdən 148-i (52,7%) ali təhsil müəssisələrinə qəbul olub”,- deyə məlumatda qeyd edilib.