SOSİUM

25 Dekabr

İndiyədək təklif olunan kirayə mənzillərin sayı açıqlanıb

İndiyədək vətəndaşlara 6,426 kirayə mənzil təklif olunub.

Fins.az-ın məlumatına görə, bu barədə İpoteka və Kredit Zəmanəti Fondunun Kirayə mənzil departamentinin direktor müavini Aslan Zeynalov media nümayəndələri üçün təşkil olunan "Yaşayış maliyyəsi və sahibkarlığa dəstək alətləri" təlimində məlumat verib.

O bildirib ki, kirayə müqavilələrinin sayı 6,222-dir. Faktiki olaraq sistem üzərində qalan vətəndaşlara təklif olunan mənzillərin sayı isə 204 ədəddir.

Elektron qaydada müraciət edən vətəndaşların 51%-i dövlət sektorunda, 49%-i isə qeyri-dövlət sektorunda işləyənlərdir.