Cari ilin 11 ayı ərzində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə 1,6 milyondan çox çağırış qeydə alınıb.
Fins.az xəbər verir ki, bu barədə TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov 2024-cü ilin yekunları və 2025-ci ilin planlarına həsr olunmuş mətbuat konfransında məlumat verib.
O bildirib ki, ən çox müraciət Bakı şəhəri üzrə qeydə alınıb. Paytaxtda 11 ay ərzində 781 min 152 çağırış daxil olub.
- Sumqayıt üzrə 132 min 711,
- Gəncə üzrə 93 min 536,
- Abşeron üzrə 34 min 46,
- Mingəçevir üzrə isə 38 min 357 çağırış qeydə alınıb.
V.Qurbanov qeyd edib ki, Bakı üzrə olan çağırışlar əsasında:
- 742 min 152 nəfərə yerində yardım göstərilib,
- 75 min 21 nəfər isə müxtəlif profilli tibb müəssisələrinə hospitalizasiya olunub,
- 39 min çağırış əsassız olub.
“Ümumilikdə, Bakı şəhərində gündəlik müraciətlərin sayı 2 min 200 - 2 min 300 arasında dəyişir”, - deyə o əlavə edib.