SOSİUM

20 Dekabr

Əcnəbi tələbələr təhsil krediti ala bilərmi?

Hal-hazırda xarici vətəndaş olan tələbələr üçün kredit ayırmaq mümkün deyil.

Fins.az xəbər verir ki, Təhsil Tələbə Krediti Fondunun (TTKF) İdarə Heyətinin sədri vəzifəsini müvəqqəti icra edən Bəhruz Əzimov, media üçün təşkil edilmiş brifinqdə jurnalistlərin suallarını cavablandırarkən, xarici vətəndaş olan tələbələrə təhsil krediti ayrılmasının hazırda mümkün olmadığını bildirib.

Bəhruz Əzimov qeyd edib ki, hazırda təhsil kreditləri yalnız Azərbaycan vətəndaşı olan tələbələr üçün nəzərdə tutulub:

"Hal-hazırda xarici vətəndaş olan tələbələr üçün kredit ayırmaq mümkün deyil. Bu kreditlər sadəcə Azərbaycan vətəndaşı olan tələbələr üçün nəzərdə tutulub", - deyə o bildirib.

Sədr əlavə edib ki, gələcəkdə müəyyən şərtlərlə, məsələn, zaminlik şərti ilə xarici vətəndaşlara kredit verilməsi ehtimalı ola bilər, amma hazırda bununla bağlı heç bir dəyişiklik yoxdur.