SOSİUM

12 Mart

Azərbaycan iqtisadiyyatda artım

Finss.az - Bu ilin yanvar-fevral aylarında Azərbaycan iqtisadiyyatı cüzi böyüyüb.

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2025-ci ilin ilk iki ayında ölkədə 19 milyard 72,2 milyon manatlıq ümumi daxili məhsul (ÜDM) istehsal olunub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 0,2% artım deməkdir.

İqtisadiyyatın strukturunda diqqətəçarpan dəyişikliklər müşahidə olunub. Neft-qaz sektorunda əlavə dəyər 2,7% azalıb, qeyri-neft-qaz sektorunda isə 1,7% artım qeydə alınıb. ÜDM istehsalının 38,5%-i sənaye sahəsinə, 10,1%-i ticarət və nəqliyyat vasitələrinin təmirinə, 6,9%-i isə nəqliyyat və anbar təsərrüfatına aiddir. Bununla yanaşı, tikinti sektoru 4,6%-lik payla iştirak edib, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq isə 2,9%-lik göstəriciyə malikdir.

Məhsul və idxala xalis vergilər ÜDM-in 10,6%-ni təşkil edib. Əhalinin hər nəfərinə düşən ÜDM isə 1 865 manat olub.

Bu göstəricilər, ölkə iqtisadiyyatının ümumilikdə kiçik, lakin davamlı bir böyümə tendensiyası göstərdiyini nümayiş etdirir.