SOSİUM

13 Mart

Naxçıvanda DOST şəbəkəsi genişləndirilir

Finss.az - Naxçıvan şəhərində yeni Regional DOST Mərkəzinin inşası başlanıb və bu ilin sonuna qədər istifadəyə verilməsi planlaşdırılır.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatına görə, bu barədə Naxçıvan Muxtar Respublikasında əmək və sosial müdafiə sahələrində aparılan işlər və qarşıdakı vəzifələrə dair keçirilən infosessiyada bildirilib.

Nazir Anar Əliyev, DOST xidmətləri şəbəkəsinin ölkə boyu genişlənməsindən və Naxçıvan Muxtar Respublikasının da bu prosesə daxil edilməsindən danışıb. O, qeyd edib ki, Naxçıvanın bütün rayon mərkəzlərində DOST filialları yaradılacaq və bununla bağlı layihələndirmə işləri artıq tamamlanıb.

Keçən il ərzində, Naxçıvan Muxtar Respublikasında 2,2 min nəfər işlə təmin edilib, 2 minə yaxın şəxs özünüməşğulluq proqramına cəlb olunub, 210 nəfər peşə hazırlığı alıb. Əlilliyi olan şəxslərə, tənha ahıl və əlilliyi olan 257 nəfərə sosial-məişət xidmətləri göstərilib, 600-dən çox şəxsə reabilitasiya xidmətləri təqdim olunub.

Eyni zamanda, muxtar respublikada elektron xidmətlər və proaktiv təyinat mexanizmlərinin tətbiqi sahəsində də mühüm addımlar atılıb. Naxçıvanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, 2024-cü ilin "ASAN xidmət indeksi" qiymətləndirməsində 1-ci yeri tutub.

Zemfira Ms
Finss.az