Minimum əmək haqqı artımından sonra Azərbaycanda bir sıra müavinət və təqaüdlərdə də artımlar baş verməyə başlayıb.
Finss.az xəbər verir ki, bu barədə Milli Məclisin deputatı Vüqar Bayramov sosial şəbəkə hesabında yazıb.
O, qeyd edib ki, bu ildən etibarən peşə hazırlığına cəlb olunmuş şəxslərə ödənilən təqaüd məbləği də artırılıb:
"“Məşğulluq haqqında” Qanuna əsasən, Azərbaycanda peşə hazırlığına cəlb olunmuş şəxslərə minimum əməkhaqqının 50 faizi məbləğində təqaüd verilir. 2025-ci ilin yanvarından minimum əmək haqqının 325 manatdan 400 manatadək yüksəlməsi ilə bağlı, bu təqaüd də artırılıb. Əvvəllər həmin vətəndaşlara ödənilən aylıq məbləğ 162.5 manat ikən, indi bu məbləğ 200 manata yüksəlib. Bu, təqaüdün 14 faiz artması deməkdir".
V.Bayramov bildirib ki, digər bir sıra təqaüdlərdə də artımların nəzərdə tutulduğu təkliflər hazırda Nazirlər Kabineti tərəfindən hazırlanır və bu təkliflərin yaxın zamanda dövlət başçısına təqdim edilməsi gözlənilir. Bu, yaxın zamanlarda digər müavinət və təqaüdlərin də artırılacağına işarədir.
Fuad Mədətov
Finss.az