Fins.az xəbər verir ki, ADY qarşıdan gələn bayram günlərində sərnişin tələbatını təmin etmək məqsədilə Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edir.
Sözügedən reyslər qeyri-iş günü elan edilmiş 30 dekabr-5 yanvar tarixlərində hər gün olmaqla Bakıdan saat 09:15-də, Ağstafadan isə saat 17:00-da təşkil ediləcək.
Bundan əlavə, bu marşrut üzrə ənənəvi reyslərlə hər gün hər iki istiqamətdə səfər edə bilərsiniz.