Əhalinin müraciəti əsasında binaların əvvəlki dövrlərdə müayinəsi aparılıb.
Fins.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev deyib.
O, bildirib ki, Fövqəladə Hallar Nazirliyinin rəyi ilə 200-dən çox ünvan müəyyənləşdirilib və 7000-dən çox mənzil təhlil olunub.
"Bununla bağlı həm özəl sahibkarların, tikinti şirkətlərinin investor kimi cəlb edilməsi, həm də dövlət vəsaiti hesabına qəzalılığın aradan qaldırılması nəzərdə tutulub", - deyə o əlavə edib.