SOSİUM

12 Dekabr

Doqquz baş plan Nazirlər Kabinetinə təqdim ediləcək - Komitə sədri

Doqquz baş plan Nazirlər Kabinetinə təqdim ediləcək.

Fins.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev bildirib.

O, həmçinin qeyd edib ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən ölkə üzrə 16 baş plan üzərində iş aparılır.

"Son altı ildə 26 baş plan hazırlanıb və təsdiq edilib. Onlardan doqquzu artıq yekun mərhələdədir və yaxın zamanda Nazirlər Kabinetinə təqdim ediləcək", - deyə A.Quliyev əlavə edib.