SOSİUM

12 Dekabr

Azərbaycanda 90% yeni tikilən və bərpa edilən məktəblərdir - Emin Əmrullayev

Azərbaycanda təxminən 4400 məktəb mövcuddur və onların 90%-i son illərdə ya yeni tikilib, ya da bərpa olunub.

Fins.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında deyib.

Nazir, bu məktəblərin sayının təxminən 3900-ə çatdığını vurğulayıb və hər il müvafiq plana uyğun olaraq müxtəlif bölgələrdə məktəb tikintisinin davam etdiyini qeyd edib.

E.Əmrullayev əlavə edib ki, yaxın illərdə bu proses mərhələli şəkildə tamamlanacaq. Həmçinin, işğaldan azad edilmiş ərazilərdə də məktəb tikintisi prosesi davam edir.