SOSİUM

12 Dekabr

Səhiyyə nazirindən saxta cərrahlarla bağlı məsələyə aydınlıq gətirib

əhiyyə Nazirliyi saxta plastik cərrahlarla mübarizə aparmaq üçün bir ildən artıqdır ki, araşdırmalar aparır.

Fins.az xəbər verir ki, nazir Teymur Musayev jurnalistlərə verdiyi açıqlamada bildirib ki, plastik cərrahlar tərəfindən Səhiyyə Nazirliyinə müraciət edilib və bu müraciət əsasında aidiyyəti qurumlarla birgə ilkin araşdırmalar həyata keçirilib.

Araşdırmalar nəticəsində saxta həkimlərin sosial media vasitəsilə vətəndaşlara yanlış məlumatlar verərək onları cəlb etdikləri və saxta müalicə üsulları tətbiq etməklə cinayət əməlləri törətdikləri aşkar edilib. Nazir, bu məsələyə dair toplanmış materialların Baş Prokurorluğa göndərildiyini və işçi qrupu yaradıldığını bildirib.

Bu məsələyə dair daha ətraflı məlumatlar jurnalist araşdırmaları ilə cəmiyyətə təqdim edilib. Nazir, saxta cərrahlarla bağlı müəyyən normativ aktların qəbul edildiyini və ixtisas dəyişdirmələrin dayandırıldığını, həmçinin hər bir saxta həkimlə bağlı xüsusi araşdırmaların aparıldığını əlavə edib.