SOSİUM

12 Dekabr

Bu il aktiv məşğulluq tədbirləri ilə əhatə olunanların sayı açıqlanıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi bu ilin yanvar-noyabr aylarında 366,9 min şəxsi aktiv məşğulluq tədbirləri ilə əhatə edib.

Fins.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.

Bildirilib ki, onlardan 149 min şəxs münasib işlərlə təmin olunub, 16,1 min şəxs isə kiçik ailə təsərrüfatlarını yaratmaları üçün özünüməşğulluq proqramına cəlb edilib.

"Cari ilin 11 ayında 14,5 min işsiz şəxs üçün isə peşə hazırlığı kursları təşkil olunub, 187,3 min şəxsə peşəyönümü xidmətlər göstərilib", - deyə məlumatda qeyd edilib.

Fuad Mədətov
Fins.az