Şirvan suvarma kanalının Göyçay rayonundan keçən hissəsi tam bərpa olunub.
Fins.az xəbər verir ki, Lək kəndi ərazisində torpaq qatının yarılması nəticəsində yaranan problem tam aradan qaldırılıb. Suvarma kanalında canlı qüvvə və ağır texnika vasitəsilə aparılan təmir-bərpa işləri başa çatdırılıb, təhlükəsizlik tədbirləri görülüb.
Qeyd edək ki, kanal dağıntısı zamanı yaranmış problem ətraf ərazilərdə heç bir fəsat yaratmayıb.
Zemfira Ms
Fins.az