2024-2025 tədris ilində Azərbaycanda 105 ölkədən 11 000 xarici tələbə təhsil alır.
Fins.azxəbər verir ki, bu məlumat, Elm və Ali Təhsilin Beynəlmilləşməsi Forumunda təqdim olunan hesabatda açıqlanıb. Hesabatda, əvvəlki ilə nisbətən xarici tələbələrin sayının 1000 nəfər artdığı bildirilib.
Tələbələrin ən çox tibb, iqtisasiyyat, idarəetmə və texnoloji sahələrdə təhsil aldıqları vurğulanıb. Xarici tələbələrin böyük əksəriyyəti isə Bakı Dövlət Universitetində təhsil alır. Eyni zamanda, bu il ilk dəfə 7 Azərbaycan vətəndaşı Hökümətlərarası Təqaüd Proqramı vasitəsilə Qazaxıstanda təhsil almağa başlayıb.