SOSİUM

11 Dekabr

FM radioyayımında tezlik diapazonunun təkmilləşdirilməsi: Kənar yayımların qarşısı alınıb

FM radioyayım tezlikləri üçün ayrılan diapazon çərçivəsində tezlik məşğulluğu və regionlarda yerli yayımların sayı kənar yayımlara nisbətən xeyli artıb.

Fins.az-ın məlumatına görə, bu barədə "Azərbaycan Respublikasında radioyayımın dünəni, bu günü və sabahı" mövzusunda keçirilən seminarda bildirilib. RDS AF funksiyasının tətbiqi ilə radioqəbuledicilər yolboyu avtomatik olaraq eyni radioproqramın daha keyfiyyətli yayımını qəbul edirlər. Bu, FM radiyayım keyfiyyətini artırır.

Yeni ayrılmış tezlik nominallarının qonşu ölkələr tərəfindən istifadəsi mümkün olmayacaq ki, bu da öz növbəsində ölkə ərazisində potensial kənar yayımların qəbulunun artmasının qarşısını alacaq.

Layihənin icrasından sonra ölkə ərazisində ən azı bir istiqamətdən 13-15 FM radioproqramın normal qəbul edilməsi təmin ediləcəkdir.