SOSİUM

11 Dekabr

Su ehtiyatları üzrə vahid indikator cədvəli hazırlanır

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) Prezidentin Sərəncamı ilə təsdiqlənmiş “Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya”nın 2024-2027-ci illərdə Tədbirlər Planının yerinə yetirilməsi üzrə vahid indikator cədvəlinin hazırlanması istiqamətində görüşlər keçirilib.

Fins.az xəbər verir ki, görüşdə Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Səhiyyə Nazirliyi, eləcə də Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) icraçıları iştirak ediblər.

Birgə görüşün təşkil olunmasının əsas məqsədi Milli Strategiyanın Tədbirlər Planında nəzərdə tutulmuş tədbirlərə uyğun olaraq vahid indikator cədvəlinin hazırlanması prosesinin sürətləndirilməsi, bir neçə əsas icraçı qurumun olduğu tədbirlərdə kommunikasiyanın təmini, hədəflərin müvafiq qaydada müəyyən edilməsi, tərtibat qaydaları və Mərkəz tərəfindən müvafiq qaydada dəstəyin göstərilməsidir. 

 Aparılan müzakirələrin nəticəsində aidiyyəti tədbirlərin ilkin, aralıq və yekun nəticə indikatorları üzrə hədəflərin müvafiq qaydada müəyyən edilməsində əsas icraçı qurumlar tərəfindən yaranan suallar cavablandırılıb. Əsas icraçı qurumların iştirak etdiyi tədbirlərdə müvafiq əsas icraçı qurumun təşkilatçılığı ilə işçi qrupların yaradılmasına dair razılığa gəlinib.

 Qeyd olunub ki, əsas icraçı qurumlar vahid indikator cədvəllərini Mərkəzə təqdim edəcəklər.

Zemfira Ms
Fins.az