SOSİUM

04 Mart

Orta Dəhliz vasitəsilə 96 min konteyner daşınacaq

Finss.az - Orta Dəhliz ilə bağlı aparılan işlər nəticəsində bu marşrut güclənir. .

Bu dəhlizin ən önəmli cəhəti, Çin mallarının Avropaya və Avropa mallarının Çinə təhlükəsiz şəkildə çatdırılmasıdır.

Türkiyə Dövlət Dəmir Yollarının “TCDD Taşımacılık” şirkətinin İdarə Heyətinin sədri və baş direktoru Ufuk Yalçın jurnalistlərə açıqlamasında bu dəhlizin əhəmiyyətinə toxunaraq bildirib ki, Orta Dəhliz vasitəsilə daşınan yüklərin həcmi 2025-ci ildə 2,5 milyon tona çatdırılacaq. Bununla yanaşı, Orta Dəhliz vasitəsilə daşınan konteynerlərin sayının 96 minə yüksəlməsi planlaşdırılır.

Bu inkişafa paralel olaraq, Orta Dəhliz ticarət əlaqələrinin güclənməsi və beynəlxalq daşımaların asanlaşması üçün vacib bir marşrut olaraq önə çıxır.