2024-cü ildə ümumilikdə 273 ekoloji layihə həyata keçirilib.
Fins.az-ın məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Ekspertiza Agentliyinin İdarə Heyətinin sədri Mirsalam Qənbərov Xankəndidə ekoloji məsələlər üzrə işçi qrupun iclasında deyib.
M.Qənbərov qeyd edib ki, layihələrin icrası və qiymətləndirilməsi paralel şəkildə həyata keçirilir.
O, həmçinin vurğulayıb ki, müvafiq qurumların qiymətləndirilməsinin düzgün yerinə yetirilməməsi nəticəsində ekoloji problemlər yaranır.
“Layihələr bütün dövlət qurumları ilə razılaşdırılmalı və sonra icrasına başlanılmalıdır. Qiymətləndirmə düzgün aparılmadıqda, layihə tamamlandıqdan sonra belə illər sonra ekoloji fəsadlar ortaya çıxır”, – deyə M.Qənbərov bildirib.