SOSİUM

05 Dekabr

Su kanalları layihələrinə 3,7 milyon manatlıq sərmayə ayrılır

Fins.az xəbər verir ki, Şəki rayonunda Cəyirliarx kanalının yenidən qurulması işləri həyata keçiriləcək. İşlər, kəndlərin torpaq sahələrinin su təminatını yaxşılaşdırmaq məqsədini daşıyır. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti, layihəni icra etmək üçün “Providense Doyç” MMC ilə 3,57 milyon manat dəyərində müqavilə bağlayıb.

Bununla yanaşı, Şamaxıda Mərzəndiyə kanalının təmiri üçün hazırlıqlar aparılır. Torpaq məcralı kanalın beton üzlüyə alınması və qurğularla birlikdə təmir işləri "AZTİKİNTİSERVİS" MMC-yə həvalə edilib. Layihənin dəyəri 136,6 min manat təşkil edir.
 

Zemfira Ms
Fins.az