SOSİUM

30 Dekabr

2024-cü ilin yanvar-noyabrında sərnişin daşımaları 20% artıb

2024-cü ilin yanvar-noyabr aylarında "Azərbaycan Dəmir Yolları" QSC (ADY) qatarları ilə 7,6 milyondan çox sərnişin daşınıb, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 20% çoxdur.

Fins.az bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-nin məlumat istinadən xəbər verir.

Bakı-Qəbələ-Bakı marşrutu ilə səfər edən sərnişinlərin və xarici turistlərin sayında müvafiq olaraq 64% və 33% artım qeydə alınıb.

Qeyd edək ki, 2023-cü ildə ADY tarixində ilk dəfə olaraq 7 milyondan çox sərnişinin daşınmasını təmin edib.