SOSİUM

05 Dekabr

“20 Yanvar”-Sumqayıt avtobus marşrutu dekabrda işə başlayır

“20 Yanvar” metrostansiyasından Sumqayıta yeni ekspres marşrut istifadəyə verilir.

Fins.az, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə istinadən xəbər verir ki, dekabrın 9-dan 594 nömrəli Bakı-Sumqayıt ekspres avtobus marşrutu fəaliyyətə başlayacaq.

Avtobuslar Sumqayıt Avtovağzalından yola düşərək “20 Yanvar” metrostansiyası yaxınlığında (“Azərsu” ASC-nin inzibati binası yaxınlığında) dayanacaq. Bakıdan Sumqayıta gedən sərnişinlər “20 Yanvar” metrostansiyasının Sumqayıt istiqamətindəki çıxışı yaxınlığında, xüsusi ayrılmış dayanacaqdan avtobuslara minə biləcəklər.

Ekspres avtobuslar sərnişinlərin mənzil başına daha rahat və sürətli çatmasını təmin edəcək. Avtobuslar hər iki istiqamətdə müəyyən edilmiş intervala uyğun hərəkət edəcək.

Qeyd edək ki, Bakı Beynəlxalq Avtovağzal Kompleksindən Sumqayıta 595 nömrəli ekspres avtobus marşrutu da fəaliyyət göstərir.