SOSİUM

04 Dekabr

Bağçalarda sertifikasiya imtahanları 2026-cı ilə qədər tətbiq olunacaq

2026-cı ilə qədər Azərbaycandakı bağçalarda sertifikasiya imtahanı keçiriləcək.

Fins.az xəbər verir ki, Elm və təhsil naziri Emin Əmrullayev beynəlxalq konfransda bu barədə bildirib.

O, məktəbəqədər təhsil müəssisələrində diaqnostika prosesinin başa çatdığını qeyd edərək, müvafiq təlimlərin başladığını bildirib. Sertifikasiya imtahanlarının bağçalarda mütəxəssislərin hazırlanmasına və təhsilin keyfiyyətinə əhəmiyyətli təsir göstərəcəyi gözlənilir.

Həmçinin, valideynlərin savadlılığının və erkən yaşlardan övladları ilə məşğul olmasının təhsilin əsas komponentləri olduğu vurğulanıb. Gələcəkdə bu dəyişikliklərin əmək haqqı sisteminə də təsir edəcəyi bildirilib.