SOSİUM

28 Noyabr

Azərbaycanda əməkhaqqı fondu üç dəfəyədək, orta əməkhaqqı isə 82% artıb

Bu gün Azərbaycanda əməkhaqqı fondu üç dəfə artıb və orta aylıq əməkhaqqında 82 faiz artımlar əldə olunub.

Fins.az xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev deyib.

Nazir müavini, sosial ödənişlərlə bağlı islahatların ardıcıl xarakter daşıdığını vurğulayıb və qeyd edib ki, bu artımlar sosial rifahın yüksək göstəricisidir.

Anar Əliyev əmək pensiyaları sahəsində də geniş islahatların həyata keçirildiyini bildirib. Bu islahatlar pensiyaların artırılmasına, pensiya sisteminin təkmilləşdirilməsinə və əhatə dairəsinin genişlənməsinə yönəlib. Həmçinin, ünvanlı dövlət sosial yardımının orta məbləği 2,7 dəfə artıb və bu proqramın həyata keçirilməsi üçün büdcədə artımla vəsait ayrılıb.