SOSİUM

27 Noyabr

Azərbaycanın pensiya sistemi: 955 milyon manat qənaət edildi

2024-cü ilin 9 ayı ərzində Azərbaycanda pensiya sistemində əsassız və saxta ödənişlərin qarşısı alınaraq 955 milyon manat, indeksasiya tətbiq edildikdə isə 1 milyard 363 milyon manat vəsaitin qənaət edildiyi bildirilir.

Fins.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında “Dövlət sosial müdafiə fondunun 2025-ci il büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.

Nazir həmçinin qeyd edib ki, 2025-ci ildə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) xərcləri cari ildən 10,5% çox olacaq. Növbəti il üçün pensiyaların orta aylıq məbləği 535 manat, yaşa görə isə orta aylıq pensiya 571 manat proqnozlaşdırılır. Cari ilin sonunda isə yaşa görə orta aylıq pensiyanın məbləği 527,3 manat olacaq. Bu addımlar əhalinin rifah halının daha da yüksəldilməsi məqsədini güdür.