SOSİUM

27 Noyabr

Azərbaycanla Səudiyyə Ərəbistanı və İndoneziya arasında viza rejimi qismən ləğv olunur

Fins.az - Azərbaycan ilə Səudiyyə Ərəbistanı Krallığı və İndoneziya arasında viza rejimi qismən ləğv olunur. Bu barədə müvafiq qanun layihələri Milli Məclisin noyabrın 29-da keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.

İclasın gündəliyinə “Azərbaycan Respublikası Hökuməti ilə Səudiyyə Ərəbistanı Krallığı Hökuməti arasında diplomatik, xüsusi və xidməti pasport sahiblərinin qısamüddətli vizadan qarşılıqlı azad edilməsi haqqında Anlaşma Memorandumu”nun təsdiq edilməsi barədə və “Azərbaycan Respublikası Hökuməti ilə İndoneziya Respublikası Hökuməti arasında diplomatik və xidməti pasport sahiblərinin vizadan azad edilməsi haqqında Saziş”in təsdiq edilməsi ilə bağlı qanun layihələri daxil edilib.

Bu dəyişikliklə, hər iki dövlətin vətəndaşları üçün Azərbaycan tərəfindən sadələşdirilmiş viza rejimi tətbiq olunacaq. Həmçinin, bu addım, Azərbaycanın beynəlxalq əlaqələrini daha da möhkəmləndirəcək və işgüzar, turistik və diplomatik əlaqələrin inkişafına töhfə verəcək.