SOSİUM

23 Noyabr

Bu il 504 min nəfərə sosial müavinət, 401 min nəfərə Prezident təqaüdü ödənilib

2024-cü ilin yanvar-oktyabr aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fondu tərəfindən 504 min nəfər sosial müavinət, 401 min nəfər isə Prezidentin aylıq təqaüdü ilə təmin olunub.

Fins.az xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, bu dövrdə sosial müavinətlər üzrə ümumilikdə 898 milyon manat, Prezident təqaüdləri üzrə isə 574 milyon manat ödəniş həyata keçirilib.

Həmçinin, cari ilin 10 ayı ərzində 128 min, 2019-cu ildən bəri isə 698 min sosial müavinət və təqaüd təyinatı elektron sistem vasitəsilə proaktiv qaydada aparılıb. Bu, sosial ödənişlərin və təyinat prosesinin şəffaflığının və operativliyinin artırılmasına yönəlmiş vacib addım kimi qiymətləndirilir.

Fuad Mədətov
Fins.az