Fins.az - Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) əmək haqları artırıldı.
Universitetin Elmi Şurasının qərarına əsasən, dekabr ayından etibarən UNEC əməkdaşlarının maaşları 14 faiz artırılacaq.
Artım pedaqoji heyət üzrə 15%, inzibati və tədris köməkçi heyət üzrə isə 12% olacaq. Bununla da universitet üzrə orta aylıq əmək haqqı 1471 manat, pedaqoji heyət üçün 1689 manat, inzibati heyət üçün isə 1265 manat təşkil edəcək.
Bu addım UNEC əməkdaşlarının sosial durumlarının daha da yaxşılaşdırılması məqsədini güdür.