Heydər Əliyev Beynəlxalq Hava Limanı, karbon qazı emissiyalarının azaldılması sahəsində əldə etdiyi irəliləyişə görə, "Carbon Accreditation" (ACA) proqramı çərçivəsində ikinci səviyyə “Azaltma” (Reduction) sertifikatı ilə təltif edilib.
Fins.az xəbər verir ki, bu barədə “ACI EUROPE”un baş direktoru Oliver Yankovets, COP29 çərçivəsində keçirilən "Hava limanlarının iqlim sahəsində fəaliyyətinin nümayişi" mövzusunda keçirilən panel müzakirəsi zamanı məlumat verib.
Oliver Yankovets bildirib ki, Heydər Əliyev Beynəlxalq Hava Limanı Beynəlxalq Hava Limanları Şurası (ACI) tərəfindən təsis edilmiş “Airport Carbon Accreditation” (ACA) proqramı çərçivəsində ikinci səviyyə (Level 2: Reduction) sertifikatını əldə edib. Bu sertifikat, hava limanının son üç ildə karbon qazı emissiyalarını uğurla azaltdığını və davamlı inkişafı, eləcə də iqlimə təsirin minimuma endirilməsinə sadiqliyini təsdiq edir.