İdman

31 Yanvar

"Qarabağ"-ın qapıçısı komandasının düşən reytinqini qaldırıb

Finss.az - UEFA reytinqində Azərbaycan 28-ci pillədə qərarlaşıb.

Avrokuboklardakı həftəlik nəticələrdən sonra ölkənin mövqeyində dəyişiklik olmayıb.

"Qarabağ" UEFA Avropa Liqasının Liqa mərhələsinin VIII turunda Yunanıstanda "Olimpiakos"a 3:0 hesabı ilə uduzaraq Azərbaycanın əmsalına əlavə fayda verə bilməyib.

55 ölkənin yer aldığı siyahıya İngiltərə (106.624) başçılıq edir.

Bu arada "Qarabağ"ın üzvü Mateuş Koxalski UEFA Avropa Liqasının Liqa mərhələsində ən çox qurtarış edən qapıçıların siyahısına düşüb.

O, 29 "seyv" ilə beşinci sırada yer alıb.

Birinci sırada İsveçin "Elfsborq" komandasının qapıçısı Isak Pettersson qərarlaşıb.

"Qarabağ" Liqa mərhələsini 3 xalla sonuncu yerdə başa vurub, 6 qol vurub, 20 top buraxıb.

Zemfira Ms
Finss.az