SOSİUM

19 Noyabr

SOCAR-ın tələbəsi Maltada Rəqəmsal İnnovasiyalar Forumunda təmsil edilib

SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) İnformasiya təhlükəsizliyi ixtisasının V kurs tələbəsi Roman Tolstoşeyev Qlobal İnnovasiyalar Forumunda iştirak edib.

Bu barədə Fins.az-a BANM-dan məlumat verilib.

Tələbəmiz Bakı Ali Neft Məktəbi və Beynəlxalq Telekommunikasiya İttifaqı (ITU) tərəfindən birgə keçirilən layihədəki uğurlu performansına görə #ITU-dan dəvət alıb. 

Roman “YOUTH LEADERSHIP DEEP DIVE: GCYLP Young Leadership Case Studies” sessiyada moderatorluq edib.

Qlobal İnnovasiya Forumu (GIF) BMT-nin qurumu olan Beynəlxalq Telekommunikasiya İttifaqının (ITU) aparıcı tədbiridir və ölkələrin rəqəmsal innovasiyalara olan meyllərini və ən aktual ehtiyaclarını müzakirə edir. Forum Maltanın Valletta şəhərindəki Aralıq dənizi Konfrans Mərkəzində keçirilib. Forumda Malta prezidenti və Yaponiya, India, Slovenia, Filippin nəzirlər iştirak

Məqsəd #bilik mübadiləsi, qabaqcıl təcrübələrin paylaşılması, şəbəkələşmə və #rəqəmsal #innovasiya ekosistemlərinin inkişafını təşviq etməkdir.

Zemfira Ms
Fins.az