SOSİUM

18 Noyabr

Uşağın anadan olmasına görə 500 manatlıq müavinət

Fins.az - Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fondu, uşağın anadan olmasına görə dövlət tərəfindən verilən 500 manatlıq birdəfəlik müavinət haqqında məlumat yayıb.

Bu müavinət, ailədə hər iki valideyn işləmədikdə və ya rəsmi gəlirləri olmadıqda, sosial yardım məqsədilə təqdim edilir. Müavinət, hazırda proaktiv qaydada təyin olunur. Yəni, müvafiq şəxsin hüququ yaranan zaman, onların müraciət etməsi gözlənilmədən, dövlət tərəfindən müavinət avtomatik olaraq təyin edilir və müvafiq şəxsə mobil telefonuna bildiriş göndərilir.

Müavinətin verilməsi üçün əsas şərt, uşağın vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müəyyən edilmiş qaydada qeydiyyatdan keçirilməsidir.

Bununla yanaşı, uşaq ölü doğulduqda, müavinət verilmir.