Fins.az - Dünyanın ən prestijli gözəllik yarışmalarından biri olan "Miss Universe"nin qalibi müəyyənləşdi.
Bu ilki yarışmanın qalibi Danimarkalı Viktoriya Kyer Tejlwig oldu. 21 yaşlı peşəkar rəqqasə, sahibkar və gənc hüquqşünas olan Viktoriya, 126 digər iştirakçını geridə qoyaraq Meksikada keçirilən illik yarışmada birinci yeri tutdu.
Viktoriya Kyer Tejlwig, özünün çoxşaxəli bacarıqları ilə diqqət çəkib. Peşəkar rəqqasə kimi fəaliyyət göstərən, həmçinin sahibkarlıq fəaliyyəti ilə məşğul olan gənc gözəl, hüquq sahəsində də fəaliyyət göstərməyə başlayıb.
Telemundo televiziya kanalı yarışmanın yekunlarına dair məlumat verərək, yeni "Miss Universe"nin 21 yaşını qeyd etdiyini bildirib. Bu, onun karyerasında böyük bir mərhələ olmaqla yanaşı, Danimarka üçün də əlamətdar bir qələbədir.