Bu gün COP29 çərçivəsində Elm, Texnologiya və İnnovasiya Günü keçirilir.
Fins.az xəbər verir ki, bu gün COP29-da Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin, həmçinin, texnologiya və innovasiya ilə əlaqədar digər qurumların tədbirlərinin keçirilməsi gözlənilir.
Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının açılışı olub.
COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunub.
Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.
COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.
COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.
İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.
* * *
COP29 çərçivəsində BMT-nin Avropa İqtisadi Komissiyası tərəfindən hazırlanan Azərbaycanın “Ətraf mühit üzrə fəaliyyətin icmalı” (EPR) hesabatının təqdimatı mövzusunda tədbir keçirilir.
Fins.az xəbər verir ki, tədbirdə Azərbaycan və BMT təsisatlarının nümayəndələri iştirak edir.
Tədbir zamanı ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov çıxış edərək bildirib ki, bu gün iqtisadi cəhətdən dayanıqlı, təmiz və sağlam gələcəyə keçid ən aktual çağırışlardan biridir, eyni zamanda, bir cəmiyyət olaraq qarşımızda duran böyük məsuliyyətdir.
O qeyd edib ki, beynəlxalq ictimaiyyətin etibarlı və məsuliyyətli üzvü kimi dövlətimiz ətraf mühitlə bağlı qlobal məsələlərin həllinə böyük önəm verir və bu istiqamətdə əməli işlər görür:
“Ətraf mühit sahəsində qlobal ekoloji problemlərin həllində fəal iştirak edən Azərbaycan 20-dən çox ekoloji konvensiyalara və sazişlərə qoşulub.
Ətraf mühitin mühafizəsi sahəsində əsas missiya insanların ekoloji təmiz mühitdə yaşamasını təmin etmək məqsədilə ekosistemlərin qorunması, ətraf mühitə zərərli təsirlərin minimuma endirilməsi, təbii sərvətlərdən səmərəli istifadə olunması ilə davamlı inkişafın təmin edilməsindən ibarətdir”.
Nazir müavini əlavə edib ki, dünya əhalisinin böyük bir hissəsi su qıtlığından əziyyət çəkir və gələcəkdə bu problemin daha da kəskinləşəcəyi gözlənilir.
O qeyd edib ki, Dövlət Su Komissiyası çərçivəsində su ehtiyatlarının səmərəli istifadəsi, itkilərin azadılması, yeni su mənbələrinin yaradılması, uçotun təkmilləşdirilməsi, idarəetmənin elektronlaşdırılması və digər istiqamətlərdə genişmiqyaslı tədbirlər həyata keçirilir.
“Prezident İlham Əliyevin 2024-cü il 10 oktyabr tarixli sərəncamı ilə “Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya” təsdiq edilib. Milli Strategiyanın icrası su ehtiyatlarının artırılmasını, keyfiyyətli içməli su və suvarma suyu ilə təminatın yaxşılaşdırılmasını, həmin sahədə idarəetmənin müasirləşdirilməsini, habelə beynəlxalq konvensiyaların tələblərinə riayət edilməsi istiqamətində əməkdaşlığın inkişafını nəzərdə tutur".
Daha sonra Birləşmiş Millətlər Təşkilatının Avropa İqtisadi Komissiyasının məsul katibi Tatyana Molkean çıxış edərək qeyd edib ki, Azərbaycanın ekoloji fəaliyyətlə bağlı səylərini alqışlayırlar.
"Bizim üçün ən dəyərli resurs insandır. Xüsusilə iqlim dəyişikliyi məqsədlərinə nail olunmasına töhfə verən ölkələrin sayının artması biomüxtəlifliyin qorunmasında da rol oynayır. Yeni kənd təsərrüfatı formasında biz davamlı kənd təsərrüfatının inkişafına kömək etməyə necə nail ola biləcəyimizi görəcəyik.
Biz, həmçinin, tullantıların idarə olunması mərkəzi yaratmışıq və hava keyfiyyətinin monitorinqinə böyük diqqət yetiririk. Xüsusilə yüksək qiymətləndirdiyim nailiyyətlərdən biri Yaşıl Təbii Xəstəxanaların yaradılmasıdır”,- deyə o bildirib.
Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının açılışı olub.
COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunub.
Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.
COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.
COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.
İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.
* * *
Azərbaycan Hava Yolları (AZAL) QSC-nin prezidenti Samir Rzayev “CarbonClick” şirkətinin baş icraçı direktoru Deyv Rouz ilə görüşüb. Bakıda keçirilən görüş çərçivəsində karbon emissiyalarının azaldılmasının vacibliyi tərəfdaşlar tərəfindən bir daha vurğulanıb. Qurum rəhbərləri karbon emissiyalarını azaltmaq və uçuşları dayanıqlı etmək məqsədilə danışıqlar aparıb və yeni əməkdaşlıq imkanlarını müzakirə ediblər.
"Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidmətindən Fins.z-a bildirilib ki, cənab Rzayev ikitərəfli görüş zamanı planetimizi qorumaq və onun dayanıqlı gələcəyinin qurulmasına töhfə vermək öhdəliyinin “CarbonClick” ilə müştərək şəkildə yerinə yetirilməsinin əhəmiyyətini qeyd edib və sərnişinlərin uçuş zamanı ətraf mühitə təsirlərini asan və şəffaf formada azalda biləcəklərindən məmnunluğunu ifadə edib.
Cənab Rouz isə öz növbəsində qarşılıqlı əməkdaşlığı şərh edərkən bildirib ki, məqsəd qlobal istiləşmənin qarşısını almaq üçün ciddi addımlar atmaq və iqlim dəyişikliyinə məruz qalmayan dünyada yaşamaqdır. Onun sözlərinə görə bu tərəfdaşlıq AZAL sərnişinlərinin səyahətlərinin ətraf mühitə olan təsirini azaltmalarına şərait yaratmaqla prosesi sadə, şəffaf və etibarlı nəticələrlə təmin edəcək.
Qeyd edək ki, oktyabr ayının əvvəlindən başlayaraq AZAL sərnişinlərin karbon qazını kompensasiya edə bilmələri üçün proqrama start verib və bu könüllü təşəbbüsü aviabilet alışı prosesinə inteqrasiya edib. Proqram vasitəsilə AZAL-ın hər bir sərnişini bir sıra ölkələrdə icrası həyata keçirilən ekoloji layihələrə dəstək verə, səyahətinin ətraf mühitə təsirinin azaldılmasında iştirak edə bilər.
AZAL və “CarbonClick”in birgə fəaliyyəti karbon izinin azaldılması və dayanıqlı səyahətlərin təşviqi istiqamətində addımlar atmağa şərait yaradır, eyni zamanda, sərnişinlərə ekoloji məsələlərə daha yaxından cəlb olunmaq imkanı verir.